Dünya
Erməni jurnalisti etiraf etdi
Ermənistan rəsmilərinin ölkədə iqtisadiyyatın inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi barədə qaldırdıqları hay-küy dünya ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil.
Əslində isə əhalinin sosial vəziyyəti aydan-aya deyil,
gündən-günə ağırlaşır. Hətta iş o yerə çatıb ki, erməni ideyalarını
Fransada təbliğ edən “Ermənistan xəbərləri” jurnalı 11 aprel
tarixli nömrəsində dərc etdiyi “Bir qəzetə görə Ermənistanda
əhalinin 32 faizi kasıbdır” sərlövhəli məqaləsində əhalinin yaşayış
tərzinin acınacaqlı olduğunu etiraf etməyə məcbur olub.
Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə
gündəlik nəşr olunan jurnal yazır ki, Ermənistan əhalisinin 967 min
nəfəri, yəni 32 faizi kasbdır və aldıqları cüzi əmək haqları ilə
zorla dolanırlar.
Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına istinad
edən jurnalda bildirilir ki, korrupsiyaya qurşanan və var-dövlət
toplamaq hərisi olan erməni rəsmilərinin apardıqları daxili siyasət
ölkə əhalisinin getdikcə yoxsullaşmasına və yoxsulluğun son
həddində yaşamasına gətirib çıxarıb. Əlbəttə, bu, dövlətin
siyasətini dəstəkləyən rəsmi orqandır və onun verdiyi rəqəmlər
ölkədəki vəziyyəti tam əks etdirmir. Əslində isə, Ermənistanda
əhalinin əksəriyyətinin sosial vəziyyəti çox aşağıdır.
Məqalədə ölkə əhalisinin 13,3 faizinin, yəni 402 min nəfərin
yaşayış səviyyəsinin həddindən artıq acınacaqlı, ayda 22993 dram
əmək haqqı alan 87 min erməninin vəziyyətinin isə daha ağır olduğu
bildirilir.
Bütün bunlar Ermənistan rəhbərliyinin daxili siyasətinin əsl
simasını, ölkə iqtisadiyyatının getdikcə tənəzzülə uğradığını bir
daha sübut edir.
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ