Taliban bəzi məntəqələri ələ keçirdi: 33 ölü
Bizi izləyin

Dünya

Taliban bəzi məntəqələri ələ keçirdi: 33 ölü

Taliban təşkilatı Əfqanıstanın şimali-şərq bölgəsində əfqan hərbçilərə hücum edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanın Müdafiə Nazirliyi hücum nəticəsində 33 əsgərin öldüyünü, bir çox əsgərin də yaralandığını açıqlayıb.

Qarşıdurma zamanı Talibanın 20 üzvü öldürülüb, 17-i isə yaralanıb. Taliban tərəfindən verilən açıqlamada bəzi hərbi nöqtələrin ələ keçirildiyi bildirilib.

Taliban ötən həftənin cümə günü Badahşan şəhərində yerləşən müxtəlif hərbi nöqtələrə hücum təşkil etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm