Nina Riccinin varisi 2 il azadlıqdan məhrum edildi
Bizi izləyin

Dünya

Nina Riccinin varisi 2 il azadlıqdan məhrum edildi

Ətir və dəb brendinin sahibi Nina Ricci-nin varisi Paris məhkəməsi tərəfindən vergi fırıldaqçılığında ittiham edilib.

Publika.az-ın məlumatına görə, o, offşor HSBC hesabında milyonlarla pul saxlayıb. 73 yaşlı Arletta Ricci iki il azadlıqdan məhrum edilib və bir milyon avro cərimə ödəməli olacaq.

Məhkəmə həmçinin, onun dörd milyon avro dəyərində olan iki əmlakını müsadirə edib.

Onun qızı, 51 yaşlı Margot Vignat da ittiham olunub və səkkiz aylıq şərti cəza alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm