İrandan qadınlarla bağlı şok qərar
Bizi izləyin

Dünya

İrandan qadınlarla bağlı şok qərar

İranda qadın azarkeşlərin matç izləmə qadağası aradan götürüləndən sonra daha bir inqilabi addım atılıb.

Axar.az xəbər verir ki, Voleybol Federasiyası başqan köməkçisi vəzifəsinə keçmiş qadın idmançı Zöhrə Mirsəpasi gətirilib.

Mirsəpasinin vəzifəyə təyin olunmasından sonra İran Qadın Voleybol Milli Komandasına bir xarici məşqçi gətiriləcək və bununla da idmançıların Avropa ilə daha da sıx əlaqələr yaradılacağı vurğulanıb.

1987-1991-ci illər arasında “Xarəzmi” komandasında oynayan Mirsəpasi belə açıqlama verib: “Ölkəmizdə qadınlarla bağlı problemləri həll etmək üçün 3 mərhələli bir layihə hazırladıq. Ölkədə qadın voleybolunun inkişaf etməsi və Asiya səviyyəsində kişi idmanı ilə eyni səviyyəyə gələcəyinə ümid edirəm”.

Qeyd edək ki, İranda bir müddət əvvəl Nüvə razılaşması imzalanandan sonra idman sahəsində də inqilabi addımlar atılıb, A Milli Futbol Komandasının kapitanlığına 1978-ci ildən bu yana ilk dəfə bir erməni - Ando Teymuryan gətirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm