“Hörümcək adam” 75 mərtəbəli göydələnə dırmaşdı
Bizi izləyin

Dünya

“Hörümcək adam” 75 mərtəbəli göydələnə dırmaşdı

“Hörümçək adam” ləqəbli fransız alpinist Alen Rober təhlükəsizlik kəmərindən istifadə etmədən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki 75 mərtəbəli “Cayan Tower” binasına dırmaşıb.


Publika.az-ın məlumatına görə, alpinist 310 metr hündürlüyü olan binaya 65 dəqiqəyə çıxıb. Arzusunun gerçəkləşdiyini deyən idmançı adını Ginnesin rekordlar kitabına yazdırmaq istəyir.

Fransalı “hörümçək adam” “Bürc Xəlifə” (BƏƏ), "Empire State" (Nyu-York) və “Eyfel qülləsi” də daxil olmaqla, 130-a yaxın göydələni fəth edib. A.Rober binalara icazəsiz dirmaşdığı üçün dəfələrlə polis tərəfindən saxlanılıb. Dubaya isə o, dəyəri 273,2 milyon ABŞ dolları olan 310 metrlik yaşayış binasını diqqət mərkəzinə çevirmək üçün xüsusi dəvət edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm