ABŞ-da polis zorakılığına qarşı etiraz yürüşü - FOTO
Bizi izləyin

Dünya

ABŞ-da polis zorakılığına qarşı etiraz yürüşü - FOTO

ABŞ-da polis zorakılığına qarşı Nyu-Yorkdan Vaşinqtona qədər etiraz yürüşü başlayıb.


Publika.az xəbər verir ki, 100 nəfərlik qrup Nyu-Yorkdan Vaşinqtona qədər 402 kilometrlik yolu 9 günə qət etmək üçün yürüşə başlayıb. Yürüş qara dərili Erik Qarnerin polis tərəfindən öldürüldüyü “Staten İsland” bölgəsindən başlayıb.


Qara dərilinin öldürülməsindən sonra ABŞ-da “Nəfəs ala bilmirəm” şüarı məşhurlaşıb. Yürüşçülər də həmin şüarların yazıldığı köynəkləri geyiniblər.


Nyu-Yorkda yerləşən “Ədalət Liqası” adlı təşkilat tərəfindən təşkil olunan yürüşə şəhər məclisinin üzvü Jumanne Vilyams da qatılıb.


Qeyd edək ki, “Ədalət Liqası” təşkilatı ABŞ-ın müxtəlif bölgə və əyalətlərində uşaq haqlarının qorunması üçün “Uşaq ədaləti və cinayətin qarşısını almaq” haqda, polisin irqçi, etnik və millətlərarası ayrı-seçkiliyə qarşı “İrqçi təbliğata son” haqda, həmçinin Müdafiə Nazirliyinin hərbiləşmə siyasətinə qarşı “Hərbiləşdirmə” haqda qanunların qəbulu üçün mübarizə aparır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm