Nemtsovun “qatili” yalan detektorundan keçməyə razılaşdı
Bizi izləyin

Dünya

Nemtsovun “qatili” yalan detektorundan keçməyə razılaşdı

Rusiya müxalifətçisi Boris Nemtsovun qətlində ittiham edilən daxili qoşunların sabiq zabiti Zaur Dadayev yalan detektorunda yoxlamadan keçməyə razılaşıb.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Zaur Dadayev bununla da qətllə əlaqəsinin olmadığını sübut etmək niyyətindədir.

Zaur Dadayevin vəkili Sakayev bildirib ki, müdafiə etdiyi şəxsin məlum cinayətlə əlaqəsinin olmadığı qənaətinə gəlib. Onun sözlərinə görə, poliqrafın (yalan dedektor) tətbiqi ilə ekspertizanın keçirilməsi Zaur Dadayevin son ifadələrinin etibarlılığını təsdiq edə bilər. Vəkil qeyd edib ki, təşəbbüsü həm də həqiqətin ortaya çıxmasında maraqlı olan zərərçəkən tərəfin nümayəndələri dəstəkləyir.

Qeyd edək ki, Rusiya müxalifət liderinin qətlində ittiham edilən Zaur Dadayev bir neçə dəfə ziddiyətli ifadələr verib. O, martın 12-də müxalifət liderini öldürdüyünü etiraf edib. Bunu onun vəkillərindən biri olan İvan Qerasimov da mətbuata açıqlamasında təsdiq edib.
Amma bundan əvvəl Dadayev və qətldə şübhəli bilinən daha iki nəfər cinayətdə iştirakını inkar ediblər. Şübhəli şəxslər işgəncə altında etirafedici ifadə verdikərini iddia edirlər.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də Moskva vaxtı ilə 23:37-də öldürülüb. Qatillər Boris Nemtsova 6 güllə atıblar. Onlardan dördü hədəfə dəyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm