ABŞ İrəvan və Bakını barışdırmaq fikrindən daşındı
Bizi izləyin

Dünya

ABŞ İrəvan və Bakını barışdırmaq fikrindən daşındı

ABŞ-ın Ermənistandakı səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə Ofisi tərəfindən həyata keçirilən, həmçinin Ermənistan və Türkiyə, Ermənistan və Azərbaycan arasında barışıq prosesinə yönələn proqramlara müəyyən ixtisarlar ediləcək.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz bildirib.

“Bir sıra yeni qlobal çağırışlar ortaya çıxıb. Ebola ilə mübarizə, Ukrayna xalqına yardım, “İslam dövləti” ilə mübarizə və sair kimi məsələlər öndədir. Prezident Obamanın başçılığı ilə ABŞ rəhbərliyi maliyyələşmənin istiqamətlərini yenidən gözdən keçirir. Vəsaitlərin yenidən bölüşdürülməsi barədə çətin qərarlar qəbul edilib. Yeni çağırışlara reaksiya vermək lazımdır”, - amerikalı səfir əlavə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm