Ermənilərə zərbə: Papa İrəvan səfərindən imtina etdi
Bizi izləyin

Dünya

Ermənilərə zərbə: Papa İrəvan səfərindən imtina etdi

Roma papası Fransisk qondarma erməni soyqırımının 100-cü ildönümündəiştirak etmək üçün Ermənistana gəlməyəcək.

ANS PRESS-in məlumatına görə, Eçmiədzin kilsəsinin Dinlərarası münasibətlər şöbəsinin direktoru yepiskop Ovakim Manukyan deyib.

Onun sözlərinə görə, Roma Papası Ermənistana 2016-cı ildə səfər edəcək.

"Papa şübhəsiz ki, Ermənistana səfər edəcək, ancaq apreldə deyil, 2016-cı ildə. Onu aprelin 24-nə dəvət etməyimizlə bağlı məlumatlar doğru deyil", - Ovakim Manukyan bildirib.

Qeyd edək ki, Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.

Rəsmi Ankara bu bəyanata qarşı Vatikana nota verib, baş nazir Əhməd Davudoğlu və xarici işlər naziri Mövlüd Çavuşoğlu papanın bu açıqlamasına sərt reaksiya bildirib. Həmin gecə Türkiyə Vatikandakı səfirini geri çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm