Dünya
Papadan Türkiyəyə ƏCAİB cavab
Bazar günü keçirdiyi ayində 1915-ci il hadisələri barədə rəsmi Ankaranı hiddətləndirən açıqlamalar verən Roma papası fikirlərinə açıqlama gətirib.
Katoliklərin ruhani lideri bildirib ki, baş vermiş hadisələr öz
adıyla tələffüz olunmalıdır.
Fransisk İsa peyğəmbərin 12 həvarisindən nümunə göstərərək, öz
düşüncələrini əsaslandırmağa çalışıb:
“İsa peyğəmbər inancları səbəbindən pis rəftara məruz qalacaq 12
həvaridən Yuhanna və Petrusa, “Gördükləriniz və eşitdikləriniz
qarşısında səssiz qalmayın” – deyib”.
Fransisk həmçinin kilsənin bu mesajının səmimiliyə və xristian
cəsarətinə gedən yol olduğunu deyib.
Xatırladaq ki, Roma papası bazar günü ayinində 1915-ci il
hadisələrini şərh edərkən qondarma erməni “soyqırımının” XX əsrin
ilk soyqırımı olduğunu iddia etmişdi.
Papanın bu çıxışına ölkə prezidenti, baş nazir, xarici işlər naziri və s. rəsmilər kəskin reaksiya bildirib, Türkiyə Vatikandakı səfirini geri çağırımışdı. (ans)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!