İŞİD Suriyada yenidən fəallaşıb
Bizi izləyin

Dünya

İŞİD Suriyada yenidən fəallaşıb

İŞİD terror təşkilatının İraq və Suriyada irəliləyişini dayandırmaq üçün ABŞ-ın liderliyi ilə qurulan koalisiya hesabat verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü polkovnik Stiv Varren 2014-cü ilin avqust ayından başlayan hava əməliyyatlarında İŞİD-ə qarşı 3244 hava hücumunun təşkil olunduğunu bildirib.

Onun sözlərinə görə, terror təşkilatına qarşı hava hücumlarında hədəfə qismən nail olunub. Stiv Varren İŞİD-in İraqda ələ keçirdiyi torpaqların 25-30 faizini itirdiyini ifadə edib. “Ancaq sahədəki vəziyyət hələ tamamilə tərsinə dönməyib. Bu, uzun bir müharibədir”, - Pentaqonun sözçüsü əlavə etdi.

Pentaqonun hesabatına görə, İraqda irəliləyişi dayandırılan İŞİD Suriyada irəliləyir. Təşkilat Kobanini itirməsinə baxmayaraq, paytaxt Dəməşq və Hələb ətrafında yeni əraziləri, o cümlədən fələstinli qaçqınların məskunlaşdığı Yermük qaçqın düşərgəsini ələ keçirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm