Türkiyə Suriya ilə sərhədə qoşun yeritdi - FOTO
Bizi izləyin

Dünya

Türkiyə Suriya ilə sərhədə qoşun yeritdi - FOTO

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə ağır hərbi texnika yeridib.

Publika.az-ın məlumatına görə, Ağrıda baş verən döyüşlərdən sonra Hakkari vilayətinə çox sayda hərbi helikopterlər, tank və canlı qüvvə göndərilib. Hərbi əməliyyatlara başlanıb-başlanılmayacağı barədə isə hələlik heç bir açıqlama verilmir.

Qedy edək ki, ABŞ mətbuatı iddia edirdi ki, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya hücum etmək barədə danışıqlar aparırlar. İddiaya görə, Türkiyə ordusu qurudan, Səudiyyə Ərəbistanı isə havadan Suriyaya hücum edəcək.

Xatırladaq ki, Türkiyənin Ağrı vilayətində PKK terrorçuları Türkiyə təhlükəsizlik qüvvələrinə hücum etmişdi. Ağır döyüşlər zamanı 4 türk əsgəri yaralanmışdı. 5 terrorçu öldürülmüş, biri isə sağ ələ keçirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm