İŞİD-in repçi üzvü Almaniyanı terrorla hədələdi
Bizi izləyin

Dünya

İŞİD-in repçi üzvü Almaniyanı terrorla hədələdi

Bir zamanlar Almaniyanın ən tanınmış repçileri arasında olan Denis Cuspert öz əlkəsini terrorla hədələyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, radikal qruplara qatılmaq üçün 2012-ci ildə Misirə gedən, 2013-cü ildə Suriyaya keçən və keçən il bir video ilə terrorçuların sıralarında olduğunu açıqlayan Denis Almaniyadakı İŞİD üzvləri vasitəsilə terror aktı həyata keçirəcəyini bildirib.

Xəbərə görə, terror təhdidi keçmiş repçi tərəfindən səsləndirilən və İŞİD silahlılarını tərifləyən bir video mesajla verilib. Denis üç dəqiqəlik mesajında yanvarın əvvəlində Fransa törədilən terror aktlarını xatırladıb və Almaniyadakı yoldaşlarının gözləmə mövqeyində olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm