Nazir İŞİD liderinin adını bilmədi
Bizi izləyin

Dünya

Nazir İŞİD liderinin adını bilmədi

İŞİD terror təşkilatı ilə mübarizə aparmaq üçün İraqa 330 əsgər göndərən Avstraliyanın müdafiə naziri Kevin Andrevsin təşkilata aid ən adi məlumatı bilməməsi ölkədə etirazlar doğurub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İraqa əlavə hərbi qüvvə göndəriləcəyi barədə şərhindən bir neçə saat sonra bir ABC telekanalına qonaq olan müdafiə naziri İŞİD-in lideri Əbubəkr Əl-Bağdadinin adını bilməyib.

Kevin Andrevs telekanal aparıcısının “İŞİD-in başında kim var?” sualına “İŞİD-i bir qrup lider idarə edir. Biz həmdə bir təşkilatla mübarizə aparmırıq” şəklində cavab verib. Nazir ad çəkməklə əməliyyata dair məlumat vermək istəmədiyini söyləyib.

“Bunun əməliyyatla bir əlaqəsinin olduğunu hesab etmirəm. Təşkilatın lideri hər kəs tərəfindən tanınan bir şəxsdir. Hörmətli nazir, bu missiya üçün avstraliyalı əsgərləri təhlükəli bir bölgəyə göndərdiniz. Amma İŞİD-in liderinin adını bilməməyiniz məni çox təəccübləndirdi. ABŞ onun başına 10 milyon dollar pul qoyu”, - aparıcı naziri pərt edib.

Ölkənin bir sıra qeyri-hökumət təşkilatları da mübarizə apardığı bir təşkilatın liderini tanımayan naziri sərt şəkildə tənqid ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm