Əsədin qorxunc türkman planı işə düşdü
Bizi izləyin

Dünya

Əsədin qorxunc türkman planı işə düşdü

Suriya prezidenti Bəşər Əsədin bu ölkədə yaşayan türkmanlarla bağlı qorxunc planı ortaya çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyanın Hələb şəhərində müxalifət güclərinin irəliləyişini dayandıra bilməyən Əsəd şəhərin ticarət və sənayesini əlində saxlayan türkmanları buradan köçməyə məcbur etmək istəyir.

İddiaya görə, Əsəd planını İŞİD terror təşkilatı vasitəsilə həyata keçirmək niyyətindədir. Hələbi boşaldan rejim gücləri dövlət dairələrinin hamısını çıxarıb. Muzeylərdəki tarixi əsərlər sahilyanı Lazikiyə və Tartus şəhərlərinə aparılır. Yüksək rütbəli zabitlər də bölgəni tərk etməyə başlayıb.

Suriya Türkman Birliyinin başçısı Samir Hafez türkmanların İŞİD təhdidi ilə qarşı-qarşıya olduqlarını bildirib. O, türkmanların hazırda Türkiyənin dəstəyinə daha çox ehtiyacın olduğunu söyləyib. Samir Hafez türkmanların İŞİD hücumlarına qarşı dayana bilməyəcəyi halda torpaqlarını tərk etmək məcburiyyətində qalacağını ifadə edib.

Rejim ordusunun çəkildiyi yaşayış məntəqələrində İŞİD silahlılarının yerləşdiyini deyən Samir Hafez Əsədin İŞİD-i bombalamaq üçün Qərbdən aldığı icazədən türkman kəndlərini bombalamaq üçün istifadə etdiyini vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm