İraq ordusu qaçır: İŞİD şəhərin mərkəzində
Bizi izləyin

Dünya

İraq ordusu qaçır: İŞİD şəhərin mərkəzində

İŞİD terror təşkilatı İraqın Ramadi şəhərində yerləşən Ənbar Əməliyyatları Komandirliyinə qədər irəliləyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, şəhərdə böyük köç başlayıb.

Ənbar vilayətinin parlament başçısı Səlim Əl-Cuburi təhlükəsizlik gücləri ilə vəziyyəti müzakirə etdiklərini bildirib. İraq parlamentinin deputatı Məhəmməd Nasır İraqın təhlükəsizlik güclərinin Ramadinin Elbuganım bölgəsindən geri çəkilməsi ilə 38 ədəd zirehli “Hammer” avtomobilin İŞİD-in əlinə keçdiyini deyib.

İraqlı deputat hazırda Ramadidə təhlükəsizlik güclərinin olmadığını və yalnız müxtəlif tayfalardan olan silahlıların İŞİD-ə qarşı dayandığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm