Davudoğlunun erməni müşaviri vəzifədən getdi
Bizi izləyin

Dünya

Davudoğlunun erməni müşaviri vəzifədən getdi

Türkiyə baş naziri Əhməd Davudoğlunun baş müşaviri Etyen Mahçupyan yaşı ilə əlaqədar vəzifəsindən ayrılıb.

Publika.az xəbər verir ki, Etyen Mahçupyan Türkiyənin “Hürriyət” nəşrinə açıqlamasında yaş həddini keçdiyi üçün vəzifəsindən ayrıldığını bildirib.

“Martın 9-da avtomatik olaraq sistemdən kənarda qalırsınız. İki-üç gün sonra sistem sizi heyətdən uzaqlaşdırır. Hazırda fəxri müşavir kimi vəzifəmi icra edirəm. Xaricdəyəm və işlərimi burada davam etdirirəm. Tək bir dəyişiklik olub, maaş almıram”, - Etyen Mahçupyan deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm