Nalçikdə “Qafqaz Əmirliyinin” rəhbərlərindən biri öldürülüb
Bizi izləyin

Dünya

Nalçikdə “Qafqaz Əmirliyinin” rəhbərlərindən biri öldürülüb

Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində anti-terror əməliyyatı keçirilib.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyatın gedişatında “Qafqaz Əmirliyi”nin rəhbərlərindən biri məhv edilib.

Milli terrorçuluğa qarşı komitənin məlumatına görə, təhlükəsizlik əməkdaşları Zalim Şehzuxovun olduğu evi müharisirəyə alıblar. O, təhlükəsizlik əməkdaşlarına təslim olmaqdan imtina etdiyind’n onun məhv edilməsi barədə qərar qəbul olunub.

Komitədən bildirilib ki, öldürülən şəxs Suriyaya döyüşən radikal təşkilatlara döyüşçülər cəlb edirdi. Bundan başqa, onun Nalçikdə may bayramlarında terror aktı həyata keçirməyə hazırlaşdığı deyilir. Zalim Şehzuxov cinayətkar dəstənin başçısı kimi federal axtarışda olub.

Tədqiqatçıların məlumatına görə, Şebzuxov Kabardin-Balkar Respublikasında bir sıra silahlı hücumlarda və qətllərdə iştirak edib. Axtarışlar zamanı onun yaşadığı mənzildə avtomat silah və böyük miqdarda döyüş sursatı aşkarlanıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm