10 gün terror düşərgəsində qalan jurnalist: “İŞİD dəhşətli qətliama hazırlaşır”
Bizi izləyin

Dünya

10 gün terror düşərgəsində qalan jurnalist: “İŞİD dəhşətli qətliama hazırlaşır”

İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadidən icazə alaraq 10 gün təşkilatın içində olan almaniyalı jurnalist şok bir iddia ilə çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, alman jurnalist Jurgen Todenhofer İŞİD-in tarixin ən böyük dini qətliama hazırlaşdığını bildirib.

Almaniyalı jurnalist ötən ay ölkəsinə qayıtdıqdan sonra kitab dərc edib. İŞİD-lə bağlı təfərrüatlarını qələmə alan Todenhofer “Stern” jurnalına da müsahibə verib. O, gördüklərindən sonra İŞİD-in “dini təmizlik” hərəkatı planladığı qənaətinə gəldiyini söyləyib.

“Onlarla əlaqədar hər şeyi bilmək məcburiyyətindəyik. Onlar soyqırım planlaşdırırlar. İndiyə qədər insanlıq tarixində baş verənləri kölgədə qoyacaq dini qətliam planlaşdırırlar”, - almaniyalı jurnalist vurğulayıb.

Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Suriya və İraqda çətinliklərlə üzləşən İŞİD qərargahını Qafqaza köçürür. Xəbəri təsdiqləyən Rusiya kəşfiyyat xidməti də İŞİD-in Şərqi Türküstan üzərindən Çinə keçmək istədiyini iddia edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm