ABŞ Ukraynaya desant çıxardı
Bizi izləyin

Dünya

ABŞ Ukraynaya desant çıxardı

ABŞ-ın təxminən 300 desantçısı Ukraynanın Milli Qvardiyasının hərbi qulluqçularının təlimi üçün Ukraynaya gəlib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ ordusundakı mənbəyə istinadən “Agence France-Presse” informasiya agentliyi bildirib.

Məlumata görə, ABŞ ordusunun 173-cü hava-desant briqadasından olan hərbçilər aprelin 14-ü və 15-i Lvov vilayətindəki Yavorovsk poliqonuna çatıb. Onlar Ukrayna əsgərlərinin üç batalyonu 6 ay ərzində təlim keçəcəklər.

ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett “Twitter” hesabından amerikalı desantçıların bir neçə şəklini paylaşıb.

ABŞ-dan başqa, Polşa, Kanada və Böyük Britaniya Ukraynaya hərbi təlimatçılarını göndərmək barədə qərar verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm