Obama Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasının tərəfdarıdır
Bizi izləyin

Dünya

Obama Rusiyaya qarşı sanksiyaların qüvvədə qalmasının tərəfdarıdır

ABŞ və Avropa Rusiya Ukraynada atəşkəsi razılığını tətbiq etməyənədək sanksiyaları qüvvədə saxlamalıdır.

Publika.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama deyib.

"Razılığa əsasən tələb olunan istiqamətdə addımlar görməyənədək biz ən azı sanksiyaları hazırki səviyyədə saxlamalıyıq'' - Obama İtaliyanın baş naziri Matteo Renzi ilə Vaşiqntonda keçirdiyi birgə mətbuat konfransında bildirib.

Rusiya keçən il Ukraynada Krımı ilhaq edəndən və ölkənin şərqindəki separatçıları dəstəkləyəndən bəri ABŞ və Avropa Moskvaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

Qərb rəsmiləri deyir ki, Rusiya hərbi qüvvələri separatçıları dəstəkləmək üçün Ukrayna ərazisinə daxil olub. Rusiya rəsmiləri isə bu ittihamları rədd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm