Viktor Yanukoviç istefasından danışdı
Bizi izləyin

Dünya

Viktor Yanukoviç istefasından danışdı

Viktor Yanukoviç istefasından danışdı

Ukrayna prezidenti Viktor Yanukoviç istefa verdiyi ilə bağlı xəbərləri təkzib edib. ANS PRESS-in məlumatına görə, Ukrayna tele-kanallarının birinə açıqlama verən prezident bildirib ki, istefa verməyəcək.


Onun sözlərinə görə, ona edilən təzyiqlərə baxmayaraq, istefa vermək fikrində deyil: "Ökənin qanuni prezidentiyəm. İstefa vermək fikrim yoxdur, nə də ölkəni tərk etməyəcəyəm. Beynəlxalq vasitəçilər təhlükəsizliyimə təminat veriblər”.


Daha sonra müxalifətin ünvanına sərt ifadələr işlədən Yanukoviç onlarla danışığa getməyəcəyini bildirib.


18:16

Ukrayna prezidenti Viktor Yanukoviç vəzifəsindən istefa verməyib və hazırda o, öz vəzifəsini yerinə yetirməklə məşğuldur. ANS PRESS-in məlumatına görə bu barədə prezidentin məsləhətçisi Anna German açıqlama verib.


“Prezident Xarkovda jurnalistlərlə görüşdə də bəyan etdi ki, istefa verməyib və öhdəliklərini yerinə yetirməkdə davam edir. Ümumiyyətlə prezidentin hakimiyyətdən getməsi üçün ona qarşı zor tətbiq etmək əsl cinayətdir”, - deyə Anna German bildirib.


Qeyd edək ki, Ukrayna Ali Radasında “Batkivşina” deputat fraksiyasının üzvü Nikolay Katerinçuk prezident V.Yanukoviçin istefa verməsi ilə bağlı xəbər yaymışdı.


Onun sözlərinə görə, Yanukoviçdən şifahi olaraq istefa qərarı alıb: “Yanukoviçin şifahi istefa qərarı var, hazırda yazılı mətni gözləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm