Aleksandr Turçinov: "Xəzinə boşdur" - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Aleksandr Turçinov: "Xəzinə boşdur" - YENİLƏNDİ

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən parlamentin spikeri Aleksandr Turçinov bu gün bəyan edib ki, ölkə avrointeqrasiya kursuna qayıdacaq.

Ukraynada prezident səlahiyyətlərinin müvəqqəti icraçısı Aleksandr Turçinov ölkə üçün əsas hədəfin Avropa ilə inteqrasiya kursunun olduğunu bildirib.Onun çıxışı ölkənin iqtisadi durumuna həsr edilmişdi."Biz Avropa ölkələri ailəsinə qayıtmalıyıq", Turçinov bəyan edib.

Eyni zamanda o, Rusiya ilə əlaqələrin vacibliyini də qeyd edərək bildirib ki, Moskva ilə dialoqa hazırdır."Dünya iqtisadiyyatında yüksəliş müşahidə edilməsi fonunda Ukrayna iqtisadiyyatı uçuruma yaxınlaşır və defolt vəziyyəti ərəfəsindədir", Turçinov bəyan edib.

Onun sözlərinə görə, yaxın günlərdə, parlamnetdə yeni höküməti yarada biləcək yeni parlament çoxluğu formalaşmalıdır."Yeni hökümətin qarşısında duran əsas məsələ - ölkənin uçuruma düşməsinin qarşısını almaq, valyuta kursunu sabitləşdirmək, maaş, təqaüdçülərə və tələbələrə təqaüdlərin vaxtı-vaxtında ödənməsidir", Turçinov deyib.

Publika.Az xəbər veri ki, televiziya çıxışında Turçinov "dövlət xəzinəsinin boş olduğunu" qeyd edib.

O, eləcə də vurğulayıb kı, yeni hökümət Ukraynanın ərazi bütövlüyünün pozulması cəhdlərinin və separatçılıq meyllərinin qarşısını almaq əzmindədir.

02.23

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov bu gün bəyan edib ki, ölkə avrointeqrasiya kursuna qayıdacaq.

A.Turçinovun "Batkivşina" partiyasının saytında yerləşdirilən bəyanatında deyilir: "Bizim prioritetimiz avrointeqrasiya kursuna qayıtmaqdır. Biz Avropa ölkələri ailəsinə qayıtmalıyıq".

O, ümid etdiyini bildirib ki, məhz Ukraynanın Avropa seçimi bu il mayın 25-də keçiriləcək prezident seçkilərində dəstəklənəcək: "Seçkilər azad, ədalətli və ən yüksək Avropa standartlarına uyğun keçiriləcək".

Dövlət başçısı vəzifələrini icra edən A.Turçinov vurğulayıb ki, hakimiyyətin bərpasından sonra dərhal istefaya getməyə hazırdır, lakin hələ Ukraynada sülh və barışığın, nizam-intizamın saxlanılması, ölkənin demokratik və Avropa inkişaf yoluna qayıtması üçün əlindən gələni edəcək.

Qeyd edək ki, Ukraynanın Ali Radası (parlament) şənbə günü müxalif A.Turçinovu spiker seçib. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm