Moskva Kiyevə qarşı yeni iqtisadi müharibəyə başlayır
Bizi izləyin

Dünya

Moskva Kiyevə qarşı yeni iqtisadi müharibəyə başlayır

Rusiya Ukraynadakı siyasi vəziyyətin Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin fəaliyyətinə təsir edə biləcəyindən narahatdır.

Publika.Az –ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin rəhbəri Vladimir Qorjevımla telefon söhbətində Rusiya İnsan Sağlığı və İstehlakçı Haqlarının Qorunması İdarəsinin (“Rospotrebnadzor”) rəhbəri Sergey Dankvert bildirib.

Sergey Dankvert donuzlar arasında yayılan "Afrika taunu" virusunun Ukraynanın ərazisində daha əvvəllər də qeydə alındığını nəzərə alaraq donuz ətinin, həmçinin Rusiya bazarına ixrac olunan Ukrayna qida məhsullarının təhlükəsizliyin təmin olunması ilə bağlı çətinliklərin ortaya çıxa biləcəyini söyləyib. Rusiya hesab edir ki, Ukraynadakı siyasi vəziyyət qurumun fəaliyyətinə mənfi təsir göstərə bilər. Amma Vladimir Qorjevım həmkarını inandırıb ki, Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidməti vəziyyəti tam nəzarətdə saxlayır”, - Ukrayna Dövlət Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir.

Ukrayna mətbuatının yazdığına görə, S.Dankvert ilə Belarus baytarlıq xidmətinin rəhbərinin görüşündə bu məsələnin bir daha qaldırılması qərara alınıb.

Rusiya kənd təsərrüfatı naziri Nikolay Fyodorov Rusiya fermerlərinin 21 Fevral tarixində keçirilən qurultayında bildirib ki, ölkəsi Ukrayna məhsullarının idxalını dayandırmağa hazırlaşır. Onun sözlərinə görə, Rusiya Ukraynadan idxal olunan ərzaq mallarının başqa mənbələr hesabına kompensasiya edə biləcək. Rusiyalı nazir Ukrayna kənd təsərrüfatı istehsalçıları üçün böyük itkilərin olacağını deyib. O, qeyd edib ki, Ukraynanın Rusiyaya ixrac etdiyi kənd təsərrüfatı istehsalçılarının həcmi təxminən 2 milyard dollardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm