Krım parlamenti rus silahlıları tərəfindən ələ keçirildi
Bizi izləyin

Dünya

Krım parlamenti rus silahlıları tərəfindən ələ keçirildi

Krım parlamenti və Nazirlər Şurası silahlı şəxslər tərəfindən ələ keçirilib.“Axar.az” xəbər verir ki, bu barədə Krım Tatar Məclisinin lideri Refat Çubarov özünün "Feysbuk" səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 27-də gecə saatlarında Krım parlamenti və Nazirlər Şurası naməlum silahlı şəxslər tərəfindən basqına məruz qalıb.

“20 dəqiqə əvvəl zəng elədilər. Bildirdilər ki, Krım parlamenti və Nazirlər Şurasının binası üzərində heç bir nişanı olmayan formalar geyinmiş naməlum silahlı şəxslər tərəfindən tutulub. Onlar hələ ki, heç bir tələb irəli sürməyiblər” deyə Çubarov yazıb.



Məlumata görə, naməlum şəxslər parlament binasında Rusiya bayrağı qaldırıblar. Binadakı bütün işçilər, milislər oradan uzaqlaşdırılıb, girişdə barrikadalar qurulub.Artıq bina hüquq-mühafizə orqanları tərəfindən mühasirəyə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm