“Putin, hərbçiləri geri çağır!”-Xəbərdarlıq
Bizi izləyin

Dünya

“Putin, hərbçiləri geri çağır!”-Xəbərdarlıq

“Putin, hərbçiləri geri çağır!”-Xəbərdarlıq

Ukrayna prezidentinin vəzifələrini icra edən Aleksandr Turçinov Rusiya Federasiyası prezidenti Vladimir Putindən Rusiya hərbilərini Krımdan geri çağırılmasını istəyib.

Publika.Az –ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, A.Turçinov bu çağırışı Ukrayna Ali Radasında keçirdiyi brifinqdə edib.

O, Putindən təxribatı dərhal dayandırmağı tələb edib və hərbilərini Krım Muxtar Respublikasından geri çağırılmasını istəyib.

A.Turçinov Rusiya, ABŞ və Böyük Britaniyanın Budapeşt memorandumuna uyğun olaraq Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığına zamin olduğunu xatırladıb.

Ukrayna Nazirlər Kabinetinin iclasında baş nazir Arseniy Yasenyuk isə Rusiyanın Qara dəniz donanmasının statusu ilə bağlı razılaşmanın şərtlərini pozduğunu bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm