Obamadan Ukraynaya kömək, Rusiyaya sanksiya qərarı
Bizi izləyin

Dünya

Obamadan Ukraynaya kömək, Rusiyaya sanksiya qərarı

ABŞ prezidenti Barak Obama öz administrasiyasına Ukraynanın yeni hökumətinə hərtərəfli yardım göstərmək və “Böyük səkkizliyin” Soçidə keçiriləcək sammitində iştiraka hazırlığı dayandırmaqla bağlı tapışırıq verib.

ABŞ prezidenti Barak Obama öz administrasiyasına Ukraynanın yeni hökumətinə hərtərəfli yardım göstərmək və “Böyük səkkizliyin” Soçidə keçiriləcək sammitində iştiraka hazırlığı dayandırmaqla bağlı tapışırıq verib.

Ukraynaya kömək qərarı barədə Ağ evin yaydığı rəsmi məlumatda deyilir: “Prezident Barak Obama administrasiyaya tapışırıb ki, Ukrayna xalqına texniki və maddi yardım da daxil olmaqla, dəstək vermək üçün beynəlxalq tərəfdaşlarımızla təcili işi davam etdirək. Biz Ukraynaya vacib olan köməyi göstərmək, maliyyə sabitliyini təmin etmək, ölkədə vacib islahatlara dəstək vermək üçün müttəfiq və tərəfdaşlarımızla, Ukrayna hökuməti və Beynəlxalq Valyuta Fondu ilə sıx məsləhətləşməni davam etdirəcəyik”.
Məlumatda ABŞ-ın demokratik gələcək naminə cəhdlərində Ukraynaya dəstək olacağı da bildirilir.
ABŞ-ın Soçi sammitini boykot etməyə hazırlaşdığını isə Obamanın özü Putinlə telefon danışığında deyib. Yayılan məlumata görə, Obama Putinə bildirib ki, ABŞ G8 sammitinə hazırlıq işlərində iştirakını dayandıracaq. Əgər Rusiya Ukraynada etnik ruslara qarşı münasibətdən narahatdırsa, bundan münasib çıxış yolu Ukrayna hökuməti ilə birbaşa əlaqə saxlamaq və BMT TŞ və ya ATƏT-in egidası altında fəaliyyət göstərən beynəlxalq müşahidəçilərin köməyi ilə məsələni dinc şəkildə həll etməkdir. Rusiya beynəlxalq hüquq normalarını pozmaqda davam edəcəksə, bu, onun böyük siyasi və iqtisadi təcridlə üzləşməsinə gətirib çıxaracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm