Ermənistanda hərbi avtomobil aşdı: ölən və yaralananlar var
Bizi izləyin

Dünya

Ermənistanda hərbi avtomobil aşdı: ölən və yaralananlar var

Gecə saatlarında Ermənistanda "Ural" markalı hərbi avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər hərbçi ölüb, 3-ü yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, avtomobildə hərbçilər olub. Maşın Spitak rayonunda yoldan çıxaraq yarğana yuvarlanıb.

Ölən hərbçinin adı açıqlanıb. Bu, 20 yaşlı sıravi əsgər Artyom Tovmasyandır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm