Avstraliya polisi 5 terrorçunu həbs edib
Bizi izləyin

Dünya

Avstraliya polisi 5 terrorçunu həbs edib

Avstraliya polisi Birinci Dünya Müharibəsinə həsr olunan tədbir vaxtı həyata keçiriləcək hücumun qarşısını alıb.

Publika.az-ın məlumatına görə, hüquq-mühafizə orqanları reydlərdə 18-19 yaşlar arasında olan 5 şübhəli şəxsi həbs edib.

Əməliyyatda təqribən 200 polisin iştirak etdiyi bildirilir. Polisin açıqlamasına görə, qrup üzvləri Birinci Dünya Müharibəsilə əlaqədar “Anzac günü”ndə Melburndakı hərbi abidə yaxınlığında polis və ziyarətçilərə basqın etməyi planlaşdırıblar.

“Anzac günü” 1915-ci ildə tərkibində Avstraliya qoşunları olan Antanta qüvvələrinin Türkiyənin qərbinə çıxarılması ilə bağlıdır və hər il aprelin 25-də qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm