Pis işləyən məmurlar təlim düşərgəsinə göndərildi
Bizi izləyin

Dünya

Pis işləyən məmurlar təlim düşərgəsinə göndərildi

Çində inzibati dairələrdən biri yaxşlı işləməyən dövlət qulluqçularını hərbi tipli düşərgələrdə təkmilləşmə kursları keçməklə cəzalandırır.

Publika.az-ın məlumatına görə, Quycjou əyalətinin Tsyansi dairəsindəki təcrübə barədə Çinin Mərkəzi Televiziyası xəbər yayıb. Məlumata əsasən müdiriyyətin göstərişlərini yerini yetirməyən, yaxşı nəticələr göstərməyən və zəif işləyən rəsmilər bir həftəyədək təlim düşərgəsinə göndərilə bilər.

Düşərgələr kiçik qanun pozuntularına görə cəza çəkənlər üçün təkmilləşmə kurslarını nəzərdə tutan daha geniş islah-təlim şəbəkəsinin tərkib hissəsidir.

İndiyədək düşərgəyə 1,668 rəsminin göndərildiyi bildirilir. Çin hökuməti zəif işləyən məmurlara qarşı qərarlı addımlar vəd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm