MHP-nin seçki qərargahına silahlı basqın - VİDEO
Bizi izləyin

Dünya

MHP-nin seçki qərargahına silahlı basqın - VİDEO

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbulun Sarıyer rayonundakı seçki qərargahına üzləri maskalı şəxslər tərəfindən silahlı hücum edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, seçki qərargahının qarşısında dayanan polislər silahlı şəxslərin hücumuna atəşlə cavab verib. Hadisədə yaralanan və ölən olmayıb. Basqınçılar hadisə yerindən qaça biliblər. Polis qrupları qaçan şəxslərin ələ keçirilməsi üçün əməliyyata başlayıb. Hadisə barədə açıqlama verən MHP baş verənlərin təxribat olduğunu bildirib.

Ömər Dağlı

video

Oxumağa davam et
Reklam
Reklam

Gündəm