İŞİD 28 xristianı edam etdi – VİDEO
Bizi izləyin

Dünya

İŞİD 28 xristianı edam etdi – VİDEO

İŞİD terror təşkilatı Liviyada qaçırılan 28 efiopiyalı xristianın edam görüntülərini yayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 29 dəqiqəlik videoda İŞİD-in əsirləri iki qrupa ayırdığı görünür.

Qruplardan birinin Liviyanın şərqindəki Barka, digər qrupun isə cənubdakı Fiza bölgəsində saxlanıldığı bildirilir. Üzü bağlı və əlində tapança olan İŞİD üzvü ingilis dilində xristianların ya islamı qəbul etməsi, ya da cizyə verməsinin lazım olduğunu izah edən təhdid dolu bir çıxış edir.

Videoda 12 nəfərin sahil kənarında başlarının kəsildiyi, 16 nəfərin isə çöl ərazisində başlarından avtomatik tüfənglərlə vurulduğu görünür. Onların nə zaman öldürüldüyü isə bilinmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm