3 milyon iraqlı məcburi köçkün vəziyyətinə düşüb
Bizi izləyin

Dünya

3 milyon iraqlı məcburi köçkün vəziyyətinə düşüb

İraqın qərbindəki Ənbar vilayətində hökumət qüvvələri ilə İŞİD döyüşçüləri arasında gedən döyüşlər səbəbindən 90 mindən çox adam yerindən-yurdundan didərgin düşüb.

Publika.az-ın məlumatına görə, bu barədə BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru Lise Grande məlumat verib. Onun sözlərinə görə, vəziyyət olduqca dramatikdir. Yalnız təcili humanitar yardım insan həyatını qurtara bilər.

Hökumət qüvvələri və şiə hərbi birləşmələri tərəfindən Tikrit şəhərindən sıxışdırılıb çıxarılandan sonra İŞİD bütün gücünü Ənbar vilayətinə yönəldib. Bu həftənin əvvəlində Ənbar rəsmiləri vilayətin mərkəzi Ramadinin İŞİD-in əlinə keçmək üzrə olduğunu bildirmişdilər.

2014-cü ildən bu yana 2.7 milyon iraqlı məcburi köçkün vəziyyətinə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm