Almaniya dilemma qarşısında: “Soyqırım” deyiləcəkmi?
Bizi izləyin

Dünya

Almaniya dilemma qarşısında: “Soyqırım” deyiləcəkmi?

Almaniya 1915-ci il hadisələrini “soyqırım” kimi adlandırılmasının yolayrıcındadır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bəzi partiyalar 1915-ci il hadisələrinin “soyqırım” adlandırılmasına çalışırlar.

Xüsusilə, Sol Partiya və Yaşıllar Partiyası, həmçinin iqtidar koalisiyasının ortaqları olan Xristian Birlik Partiyası (SDU) və İctimai Demokrat Partiyasından (SPD) olan bəzi millət vəkilləri bundestaqın (parlament) 24 aprel bəyanatında “soyqırım” sözünün yer almasını istəyir.

Koalisiya ortaqlarının razılaşdıqları ilkin mətndə son günlərə qədər “soyqırım” ifadəsinin yer almadığı bildirilir. “Saarbrücker Zeitung” nəşrinə danışan SDU-nun xarici siyasət üzrə səlahiyyətlisi Franz Jozef Jung isə “soyqırım” ifadəsinin mətnə daxil edləcəyini iddia edib. “Biz Türkiyədə 100 il əvvəl yaşanan soyqırımı öz adı ilə adlandıracaq bir ifadə tapacağıq”, - o deyib.

24 aprel mətninin Federal Hökumət ilə müzakirə olunacağını deyən Jung prezident Yoahim Qaukun “soyqırım” ifadəsini deyəcəyini inandığını söyləyib. “Biz son illərdəki blokadanın qaldırılmasını, Türkiyə və Ermənistan arasında barışıq prosesinin başlamasını istəyirik”, - Franz Jozef Jung qeyd edib.

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer isə Estoniya səfəri öncəsi verdiyi açıqlamasında 1915-ci il hadisələri ilə bağlı bəyanatın mətnində “soyqırım” sözünün yer almayacağı barədə siqnal verib. O, bu mövzu ilə bağlı şərhində yaşananlar üçün “soyqırım” əvəzinə “qırğın” sözündən istifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm