Rusiya Donbasa hərbi texnika göndərdi
Bizi izləyin

Dünya

Rusiya Donbasa hərbi texnika göndərdi

Rusiya son bir neçə gün ərzində Donbas hövzəsinə 50 “Ural” yük avtomobili, şəxsi heyəti ilə 20 BMP, həmçinin 40 vaqon hərbi texnika və silah yerləşdirib.

Publika.az “Unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna anti-terror mərkəzinin səlahiyyətlisi Andrey Lısenko Kiyevdə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sözügedən məlumatlar Ukrayna kəşfiyyatına məxsusdur. Rusiya Donbas hövzəsinə silah və hərbi texnikanın çatdırılması üçün “Doljanski” nəzarət buraxılış məntəqəsindən istifadə edib. Kəşfiyyatının məlumatında deyilir ki, sözügedən silah və hərbi texnika separatçıların nəzarətindəki Debalsevo şəhəri istiqamətində yola salınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm