Ərinə qəzəblənən qadın körpəsini tapdaladı – ŞOK VİDEO
Bizi izləyin

Dünya

Ərinə qəzəblənən qadın körpəsini tapdaladı – ŞOK VİDEO

Rusiya polisi sosial media istifadəçilərini dəhşətə salan bir videonu araşdırır.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, videoda əri ilə mübahisə edən bir qadın torpağın üstünə qoyulan 18 aylıq körpəni az qala tapdaladığı görünür.

Görüntülər 30 yaşındakı Viktoriya adlı qadının 32 yaşındakı həyat yoldaşı Vyaçeslav Samoylov tərəfindən çəkilib. Çütlük qadının telefonuna gələn mesajlarlarla bağlı mübahisə edir.

Hadisə şahidi olan Ludmila adIı qadın gördüklərini bu şəkildə izah edib: “Onları mübahisə edərkən gördüm və qadın körpəsini yerə atdı. Daha sonra isə körpəsini az qala tapdalayacaqdı. Bundan sonra isə ər və qadın fərqli istiqamətlərə getdilər. Körpə yerdə qaldı."

Videonun internetə yüklənməsindən sonra polis hadisəni araşdırmağa başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm