Təbrizdə səyyar satıcı özünü yandırıb
Bizi izləyin

Dünya

Təbrizdə səyyar satıcı özünü yandırıb

İranın Təbrizdə şəhərində məişət avadanlığı bələdiyyə məmurları tərəfindən müsadirə edilmiş bir səyyar satıcı küçədə özünə od vurub.

Publika.az-ın məlumatına görə, Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən Anac xəbər agentliyi hazırda Təbrizin Sina xəstəxanasında müalicə olunan 43 yaşlı satıcının bədəninin təqribən 50 faizinin yandığını bildirir. Yayılan məlumata istinadən, olay Təbrizin 8-ci bölgə bələdiyyə binasının önündə baş verib.

Agentliyin yazdığına görə, təbrizli satıcı məişət avadanlığını geri almaq üçün bələdiyyəyə müraciət edib. Avadanlığın ona qaytarılmayacağı təqdirdə özünə od vuracağını bildirib. Bələdiyyə məmurları 43 yaşlı vətəndaşın təhdidinə etinasız yanaşıb. Çarəsiz satıcı isə üzərinə benzin tökərək bələdiyyə binasının önündə özünü yandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm