Dünya
Günəş vannası gənc qızın ölümünə səbəb oldu - FOTOLAR
Günəş vannası və dəri qaralması yay fəslinin dəyişməz dəbi sayılır.
Publika.az ABŞ-da baş verən və qızın ölümü ilə nəticələnən hadisəni təqdim etməklə insanları yayın dəbindən xəbərdar etməyə çalışır.
Həkimlər 10 il bundan qabaq 26 yaşlı Massaçusets sakini Qlenna Kola dəri xərçəngi diaqnozu qoydu. Günəş vannası və qaralmağı sevən qız 7 il bundan qabaq melanoma xəstəliyindən vəfat edib. İndi isə onun valideynləri günəş vannası və dəri qaralmasının digər üsullarının zərərindən danışmaqla insanları bu pis vərdişdən uzaqlaşdırmağa çalışır.
Yerli mətbuat xəbər verir ki, Qlenna hələ kollecdə oxuyarkən saatlarla təhsil müəssisinin həyətində qaralmağı sevərdi. Nəticədə, o, 2005-ci ildə kolleci bitirdikdən sonra melanoma kimi ağır xəstəliyə tutuldu.
Qlennanın anası deyib: “Ailədə heç kim melanomanın nə olduğunu bilmirdi. Onun dəri xərçəngi olduğunu bildikdən sonra gecə-gündüz ağlayırdıq”.
Qlennanın 22 yaşı olarkən qasığında tennis topu boyda şiş aşkarlandı. Əlbəttə Qlenna tez-tez həkim müayinəsinə gedirdi və törəmədən biopsiya götürülürdü. Analizlər onun bədənində melanomanın 3-cü dərəcəli olduğunu aşkar edir.
Qızın atası deyib: “Xərçənglə mümkün qədər mübarizə apardıq, lakin heç nəyin xeyri olmadı”.
Çünki daim günəş vannaları və qaralma prosedurları nəticəsində qızın bədənində xərçəng inkişaf edərək limfa sisteminə kimi gedib çıxmışdı. Həkimlər qızın qasığından 13 limfa düyünü kəsib çıxardı. Bununla belə, 1 ildən sonra Qlennanın qarın nahiyəsində kiçik bir şiş aşkarladıq. Bundan sonra ona 4-cü dərəcəli xərçəng diaqnozu qoyuldu.
Qlennaya çox güclü dərmanlar verilsə də, xərçəng inkişaf etməkdə davam edirdi. O, əks effektə malik olan təcrübi müalicə prosedurlarını da keçməyə razılıq verdi. Bununla belə, heç nəyin xeyri olmurdu.
Qlenna 2008-ci ilin noyabr ayında vəfat etdi. Qızın anası deyib: “Qlenna günəş vannasının ziyanlarını açıqlamaq üçün təəssüf ki, yanımızda yoxdur. Lakin biz onun yerinə insanları xəbərdar etmək istəyirik. Hökumətin günəş vannalarına qarşı ciddi tədbir görməsini tələb edirik”.
Elə bunun nəticəsində, 2014-cü ildə Massaçusets ştatında yaşı 16-dan aşağı olan insanların çöldə günəş vannası qəbul etməsini qadağan edən qanun qəbul olundu. Günəş vannasını qəbul etmək istəyən 16-17 yaşlı yeniyetmələr bundan sonra valideynlərinin razılığını almalıdırlar.
Nura
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ