İrəvanda vəziyyət gərginləşir: veteranlar prosesə qoşulur
Bizi izləyin

Dünya

İrəvanda vəziyyət gərginləşir: veteranlar prosesə qoşulur

Ermənistanda insan haqları ilə bağlı vəziyyət daha da acınacaqlı olub.

Publika.az-ın məlumatına görə, artıq Azərbaycan torpaqlarının işğalına görə müəyyən imtiyazlara sahib olan müharibə veteranları da etiraz aksiyasına başlayıblar.

Ötən gündən etibarən keçmiş hərbçi Xaçik Avetisyan müxalif “Müəssisələr Məclisi” təşkilatı liderləri və fəallarının həbsdən azad edilməsi tələbi ilə aclıq aksiyasına başlayıb. Müharibə veteranı ötən həftə “24 aprel tarixində kütləvi tədbirlər keçirilən yerlərdə kütləvi iğtişaşlar hazırlamaq” ittihamı ilə həbs olunmuş “Müəssisələr Məclisinin” 5 üzvündən başqa, daha 11 siyasi məhbusun azad edilməsini tələb edir.

Avetisyan aclıq aksiyasında 40-dək müharibə veteranının iştirak edəcəyini bəyan edib.

Onlar həmçinin “hərbi veteranların haqları uğrunda” fasiləsiz etiraz aksiyaları keçirən və ötən il fırıldaqçılıq maddəsi üzrə 6 il müddətinə həbsə məhkum edilmiş polkovnik Volodya Avetisyanın və xuliqanlıq maddəsi ilə 1 ildən 7 ilədək azadlıqdan məhrum edilmiş Şant Harutyunyan və onun yoldaşlarının azad edilməsini tələb edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm