Dünya
İngilis yazardan həqarət: “Aralıq dənizində boğulan insanlar “hamam böcəyi”dir”
Böyük Britaniyanın ən çox satılan “The Sun” qəzetinin köşə yazarı Katie Hopkins Aralıq dənizində Afrikadan İtaliyaya miqrant daşıyan gəminin batması nəticəsində boğulan şəxsləri təhqir edən məqalə yazıb.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Katie Hopkins öz məqaləsində dənizdə boğulan insanları “hamam böcəyi” adlandırıb.
Məqalədə deyilir: “Onları nə üçün xilas etməliyik? Əslində, o “hamam böcəkləri”ni hərbi gəmilərlə qovmaq lazım idi. Dənizdə üzən cansız bədənlərin, tabutların, ac və kədərli insanların fotolarını nə qədər nümayiş etdirsəniz belə, bu, mənim vecimə deyil. Çünki onlara heç bir kömək etmək borcum yoxdur”.
Qeyd edək ki, artıq Avropanın bir sıra ölkələrində sözügedən məqalənin “The Sun” qəzetindən çıxarılması ilə bağlı virtual kampaniyaya başlanılıb. Kampaniya təşkilatçıları ingilis yazar Katie Hopkinsin bu məqaləsini irqçiliyə və millətlərarası ayrı-seçkiliyə xidmət etdiyini bəyan ediblər.
Vasif Həsənli
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO