Dünya
İŞİD-in Qafqaza girişi açılır – DTK-nın keçmiş üzvündən ŞOK açıqlama
“Əbu Məhəmməd Dağıstaninin öldürülməsindən sonra İŞİD-in Qafqaza yolu açılır”.
Publika.az xəbər verir ki, bu barədə “Alfa”
qrupunun keçmiş üzvü Sergey Qonçarov “Qafqaz əmirliyinin” əmiri Əbu
Məhəmməd Dağıstaninin anti-terror əməliyyatları nəticəsində
öldürülməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Qafqazda terror təhlükəsi getdikcə daha da
genişlənir.
“Regionda təhlükəsizliyi qorumaq hazırda ən vacib məsələdir. Şimali
Qafqazda terror təhlükəsi genişlənib. Bu da ümumi region ölkələrinə
də təsir edir. Təbii ki, indiyə qədər anti-terror əməliyyatları
nəticəsində bir çox terrorçu öldürülüb. Mən Rusiya xüsusi xidmət
orqanlarını uğurlu əməliyyata görə təbrik edirəm. Lakin bu, son
olmayacaq. Yenə də hansısa gənc qruplar ortaya çıxacaq və bu
qruplaşmalara qoşulacaq”, - deyə o bildirib.
“Alfa”nın keçmiş əməkdaşı hesab edir ki, Dağıstaninin məhvi “Qafqaz
əmirliyi”nin İŞİD-i dəstəkləyən qanadına stimul verir: “İndiyə
qədər Dağıstani “Əl-Qaidə”yə bağlı idi. Onun ölümündən sonra
İŞİD-in əmirliyə təsir imkanları artacaq”.
Qeyd edək ki, “Qafqaz əmirliyi” Doku Umarovun ölümündən sonra iki
hissəyə bölünüb. Dünən Rusiya xüsusi xidmət orqanlarının keçirdiyi
əməliyyat nəticəsində öldürülən Dağıstani “Əl-Qaidə”-yə bağlı idi.
Lakin 2013-cü ildən sonra əmirlik daxilində İŞİD tərəfdarları
çoxalıb. Bu qrupa İŞİD-in məşhur çeçen komandiri Ömər Şişani
rəhbərlik edir.
Bu arada Türkiyə kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Suriya və İraqda vəziyyəti pisləşən İŞİD öz qərargahını Qafqaza köçürür.
Asif Nərimanlı
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO