Çində ilk dəfə dövlət şirkəti müflis oldu
Bizi izləyin

Dünya

Çində ilk dəfə dövlət şirkəti müflis oldu

Çində ilk dəfə bir dövlət şirkəti iflasa uğrayıb.

Publika.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, “Baoding Tianwei” transformatorların istehsalçısı “Shina South Industries Group” müflis olduğunu açıqlayıb.

Bundan əvvəl isə yalnız özəl şirkətlər müflis olmuşdu. 2014 ildə 10,14 milyard yuan və ya təxminən 1,4 milyard dollar itki şirkətin iflas olmasının əsas səbəbi olub.

“Bloomberg” agentliyi qeyd edir ki, şirkətin iflas olması Çinin yeni baş naziri Li Kiçianqın iqtisadi siyasəti ilə də bağlı ola bilər. Bildirilir ki, hökumət faktiki olaraq hansı şirkətlərin çətin vəziyyətdə sağ qala biləcəyini yoxlamaq qərarına gəlib.

Hazırda bazara buraxılan istiqraz vərəqələrinin 91 faizi dövlətin təmsil olunduğu şirkətlərə aiddir. Bu göstərici ilə Çin dünyada birinci yerdədir. Analoji rəqəmlər 1997-ci ildə Asiya maliyyə böhranından əvvəl Cənubi Koreyada müşahidə olunurdu.

2015-ci ilin birinci rübünün nəticəsinə görə, Çin iqtisadiyyatı yalnız 7 faiz böyüyüb. Bu, 2009-cu ildən sonra ən pis göstəricidir. Dövlət və Mərkəzi Bank sərt maliyyə-kredit siyasətini saxlayaraq liberallaşma və iqtisadiyyatın müasirləşdirilməsi hesabına yüksək artım sürətini təmin etmək niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm