Lavrov: “İŞİD ABŞ-ın fəaliyyətinin nəticəsidir” - ŞOK İTTİHAM
Bizi izləyin

Dünya

Lavrov: “İŞİD ABŞ-ın fəaliyyətinin nəticəsidir” - ŞOK İTTİHAM

“İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ABŞ-ın İraqdakı fəaliyyətinin nəticəsidir”.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, ABŞ hökuməti bunu etiraf etmək istəmir: “Biz İŞİD-in BMT Təhlükəsizlik Şurasının terror təşkilatları siyahısına daxil edilməsini təklif etdik. ABŞ bu təklifi qəbul etmədi. Bunun bir açıqlaması var. ABŞ isə bunu etiraf etmək istəmir”.

Lavrov həmçinin qeyd edib ki, Rusiya və ABŞ-ın münasibətlərində yaranmış problemləri danışıqlar yolu ilə həll etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm