Sərkisyan: “Bu olsa, Türkiyə ilə əlaqələr normal vəziyyətə dönər”
Bizi izləyin

Dünya

Sərkisyan: “Bu olsa, Türkiyə ilə əlaqələr normal vəziyyətə dönər”

Ermənistan prezidenti Serj Sərkisyan 24 aprel öncəsi CNN Türk kanalının suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Sərkisyan Sürix protokollarının Türkiyə parlamentində təsdiqlənəcəyi halda hər şeyin çox fərqli ola biləcəyini deyib.

“Türklər də, ermənilər də bu bölgədə yaşayırlar. Qonşu olmağı biz seçmədik. Türkiyə protokolları təsdiqləsəydi, hər şey çox fərqli olardı. Protokolları parlamentdən geri çəkmək Türkiyəyə verilən siyasi bir mesaj idi. Biz imzamızı geri çəkmədik, Türkiyə təsdiqləyərsə, bir də təsdiqləyərik”, - Ermənistan prezidenti bildirib.

Türkiyə baş naziri Əhməd Davudoğlunun 1915-ci il hadisələri ilə bağlı ermənilərə başsağlığı mesajını qiymətləndirən Serj Sərkisyan prezident Rəcəb Tayyib Ərdoğandan daha güclü bir bəyanat gözlədiklərini vurğulayıb: “Davudoğlunun mesajı beynəlxalq ictimaiyyətə yönəlik idi. Ümid edirik ki, Ərdoğan güclü bir açıqlama verər. Bu olsa, əlaqələr normal vəziyyətə dönər”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm