Rusiyada raket sınağı baş tutmadı
Bizi izləyin

Dünya

Rusiyada raket sınağı baş tutmadı

Aprelin 22-də Rusiyanın Plesetsk kosmodromundan buraxılan eksperimental raket start meydanının 7 kilometrliyinə düşüb.

Publika.az-ın məlumatına görə, Arxangels hökumətinin mətbuat xidməti hadisə yerinə mütəxəssislər göndərildiyini bildirib. Yerli hakimiyyətin yaydığı məlumata görə, təhlükə yoxdur. Raketin uğursuz sınağı barədə ilk olaraq yerli kütləvi informasiya vasitələri məlumat yayıb. Sonradan məlumatı Rusiyanın Fövqəladə Hallar nazirliyi də təsdiqləyib.

TASS-ın məlumatına görə raketi müdafiə-sənaye kompleksinə məxsus müəssisələrdən biri buraxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm