Dünya
Lavrov Ukraynaya yol göstərdi
Rusiya xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Ukraynanın federallaşdırılması tələbini dilə gətirib.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Lavrov Ukraynanın ərazi bütövlüyünün saxlanılması üçün dövlətin unitarlığının saxlanılmasından və “ukraynalaşma”dan imtina etməli olduğunu bildirib.
“Ukrayna bir dövlət kimi yalnız o halda mövcud ola bilər ki, onu təşkil edən regionların və mədəniyyətlərin müxtəlifliyi tanınsın. Ukraynanı vahid, dost, həmçinin Rusiya və Avropa ilə bağlı saxlamaq lazımdır. Bunun üçün unitar sistemin məcburi saxlanılmasından imtina etmək lazımdır”, - Rusiya Xarici İşlər Nazirliyinin başçısı deyib.
Nazir həmçinin vurğulayıb ki, Ukraynanı hərbi-siyasi mənada neytral saxlamaq əhəmiyyətlidir: “Çünki Ukraynanın NATO tərəfində anti-rus mövqedə yer alması ölkənin parçalanması anlamına gələcək. Biz hamımız bunu əla anlayırıq”.
Rəsmi Kiyev isə federallaşmanın qəti əleyhinədir. Bildirilir ki, Donbas hövzəsinə verilməsi nəzərdə tutulan xüsusi status da federallaşmadan tamamilə fərqlidir. Bir müddət əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko də bildirib ki, Ukrayna unitar dövlət olaraq qalacaq. O, ölkə vətəndaşlarının 90 faizinin də unitar dövlət modelini dəstəklədiyini vurğulayıb.
Ömər Dağlı
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO