Dünya
Əhməd Davudoğludan keçmiş sovet respublikalarına- Xəbərdarlıq
İki gün əvvəl Ukrayna səfərindən qayıdan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bu ölkədəki vəziyyət və Ukrayna rəsmiləri ilə keçirdiyi görüşlərdən “Habertürk”ə danışıb.Publika.Az –ın verdiyi xəbərə görə, Ə.Davudoğlu Ukraynanın Türkiyə ilə bir sıra oxşar cəhətlərinin olduğunu və Ukraynanın yeni hakimiyyətinə bəzi tövsiyələrini çatdırdığını bildirib.
“Türkiyə NATO üzvüdür, amma Rusiya ilə də yaxşı əlaqələri var. Türkiyə Avropa İttifaqı üzvlüyü üçün danışıqları davam etdirir, eyni zamanda bölgə ölkələri ilə təmaslarının genişləndirilməsinin tərəfdarıdır. Ukrayanada keçirdiyim görüşlərdə bildirdim ki, Avropa ilə yaxınlaşarkən Şərqlə də əlaqə qurmalısınız, insanlara “onlar Rusiya tərəfdarıdır deməməlisiniz, onları qazanmalısınız” dedim. Çünki Yanukoviçin tərəfdarlarına yeni hökumətdə çox yer verilməyib. Hökumət daha birləşdirici ola bilərdi”, - Türkiyə xarici işlər naziri söyləyib.
Ə.Davudoğlunun sözlərinə görə, Ukrayna baş nazirinin köməkçisi “Bizə dəqiq, açıq və iti sözlər söylədiniz, əsl dost belə olar. Çünki bəziləri gəlib yalnız Rusiyanı pisləyir. Rusiya bu coğrafiyanın parçasıdır, bu gerçəyi qəbul etmədən həllə çatmağın mümkün olmadığı fkirindəyik” söyləyib.
Türkiyə xarici işlər naziri Krımın Ukraynadan ayrılacağı halda, bunun digər keçmiş sovet respublikalarındakı Abxaziya və Cənubi Osetiya, Qaqauziya, Dnestrayanı kimi problemləri üzərində də mənfi effekt yaradacağını dilə gətirib.
Ömər Dağlı
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB