“Kiyev Ukraynanı məzarlığa çevirmək istəyir”
Bizi izləyin

Dünya

“Kiyev Ukraynanı məzarlığa çevirmək istəyir”

“Kiyev səfərbərliyin yeni dalğasını elan etməklə faktiki olaraq Donbas hövzəsində döyüş əməliyyatlarını yenidən başlamağa hazırlaşır”.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Donetsk Xalq Respublikası” (“DXR”) qondarma qurumun başçısı Aleksandr Zaxarçenko bildirib.

Onun sözlərinə görə, Kiyev yeni döyüş əməliyyatlarına başlamaqla Ukraynanı məzarlığa çevirmək niyyətindədir: “Səfərbərlik bütün dünyada faktiki olaraq müharibənin başlanmasına işarədir. Kiyev rəsmi şəkildə döyüş əməliyyatlarına hazırlaşdığını elan edib. Bu, Ukrayna hakimiyyətinin “sülhpərvərliyinin” daha bir sübutudur. Kiyev bizi yalnız məhv etmək istəmir, həm də Ukraynanı məzarlığa çevirmək istəyir”.

“DXR” başçısı vurğulayıb ki, Ukraynanın Donbas hövzəsində yeni döyüş əməliyyatlarına hazırlaşdığını kəşfiyyat məlumatları da göstərir.

Aleksandr Zaxarçenko Ukrayna ordusunun əsgərlərini təslim olmağa çağırıb: “Mən sizə təslim olmağı məsləhət görürəm. Sizin evdə xoşagəlməz hadisələr baş verə bilər, amma siz sağ qalacaqsınız”.

Hazırda Ukraynada 20 yanvar 2015-ci ildə elan edilən səfərbərliyin dördüncü dalğası həyata keçirilir. Ukrayna mediasının yazdığına görə, Silahlı Qüvvələrinin Baş qərargahı səfərbərliyin beşinci dalğasını keçirməyə hazırlaşır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm