Fransada beş terror hücumunun qarşısı alınıb
Bizi izləyin

Dünya

Fransada beş terror hücumunun qarşısı alınıb

Fransa polisi son aylar ərzində beş terror hücumunun qarşısını alıb.

Publika.az-ın məlumatına görə, bu barədə Fransanın baş naziri Manuel Valls bildirib. Onun sözlərinə görə, son hücum planı Paris yaxınlığındakı kilsələrə qarşı olub.

Bazar günü iddia edilən plana görə əlcəzairli şəxs həbs edilib. O, təsadüfən özünü güllələyib və təcili yardım çağırıb.

“Təhlükə heç vaxt bu qədər yüksək olmayıb. Biz tariximiz boyu heç vaxt belə terrorla üzləşməmişik” - Valls Fransa radiosuna bildirib.

Fransa, Charlie Hebdo jurnalına və yanvar ayında 17 nəfərin ölümü ilə nəticələnən yəhudi dükanına hücumun ardından təhlükəsizliyi gücləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm