Şəhər toza büründü - FOTOLAR
Bizi izləyin

Dünya

Şəhər toza büründü - FOTOLAR

Çilinin cənubunda püskürən Kalbuko vulkanı yaxınlıqdakı şəhər və kəndləri kül altında qoyub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 50 ildən sonra ilk dəfə oyanan vulkan 10 kilometr hündürlüyə kimi qalxıb.

Vulkan püskürməsi nəticəsində, içməli su çirklənib, sakinlərin nəfəs alması üçün çətinlik yaranıb və uçuşlar təxirə salınıb.

Kalbuko vulkanı Çili ərazisində yerləşən ən təhlükəli 90 vulkandan biri hesab olunur.

Yerli agentliklərin verdiyi məlumata görə, 4 min insan evakuasiya edilib. Havaya qalxan qaz və kül çirklənməsinə görə, vulkanın ətraf əraziləri bağlı elan edilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm